Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında "AZ-Alkmaar"la qarşılaşıb. İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaltmışdı. Bugünkü matç isə 2:2 hesabı ilə yekunlaşıb. Nəticədə "Qalatasaray" turnirdə mübarizəni dayandırıb.
Türkiyənin digər klubu "Fənərbaxça" isə Belçikada "Anderlext"in qonağı olub. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll etmişdi. Bugünkü cavab oyunu 2:2 hesabı ilə bitib. Beləliklə, "Fənərbaxça" ümumilikdə 5:2 hesablı qalibiyyətlə adını 1/8 finala yazdırıb.
Bütün cavab oyunlarından sonra "Roma", "Budyo Qlimt", FCSB, "AZ Alkmaar", "Viktoriya", "Real Sosyedad", "Ayaks" və "Fənərbaxça"nın pley-offdan 1/8 finala adladığı dəqiqləşib.
Qeyd edək ki, 1/8 finalın püşkü fevralın 21-də atılacaq. Bu mərhələnin ilk oyunları martın 6-da, cavab matçları isə martın 13-də keçiriləcək.
20 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab qarşılaşmaları
21:45. “Budyo Qlimt” (Norveç) - “Tvente” (Niderland) - 5:2
Qollar: Hoq, 56-pen; Hilqers, 90+2-avtoqol, Vembanqomo, 90+4, Fet, 11, Verşeren, 114-avtoqol - Syovold, 26-avtoqol, Steyn, 90+6
İlk oyun - 1:2
21:45. “Qalatasaray” (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2
Qollar: Osimhen, 56, Sallai, 70 - Maykuma, 42, Kasius, 55
İlk oyun - 1:4
21:45. FCSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0
Qollar: Çisotti, 30, Mikulesku, 81
İlk oyun - 2:1
21:45. “Roma” (İtaliya) - “Portu” (Portuqaliya) - 3:2
Qollar: Dibala, 35, 39, Pisilli, 83 - Aqexova, 27, Renş, 90+6-avtoqol
Qırmızı vərəqə: Eustakio, 51 ("Portu")
İlk oyun - 1:1
00:00. “Ayaks” (Niderland) - "Yunion" (Belçika) - 1:2
Qollar: Teylor, 93-pen. - Mak Allister, 16, David, 28-pen.
Qırmızı vərəqə: Klaassen, 25 ("Ayaks")
Ilk oyun - 2:0
00:00. “Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan) - 3:0
Qollar: Durosinmi, 27, 39, Sulç, 35
İlk oyun - 0:1
00:00. “Real Sosyedad” (İspaniya) - “Midtyullan” (Danimarka) - 5:2
Qollar: Mendez, 5, Suçiç, 18, 45+2, Oyarzabal, 73-pen; Oskarsson, 90 - Buksa, 24-pen; Osorio, 38
Qırmızı vərəqə: Silva, 70 ("Midtyullan")
İlk oyun - 2:1
00:00. “Anderlext” (Belçika) - “Fənərbaxça” (Türkiyə) - 2:2
Qollar: Vasqez, 18, 55 - En-Nesiri, 4, Akçiçek, 63
İlk oyun - 0:3
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi