Almaniyanın "Nürnberq" klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu komandadan ayrılmaq ehtimalı olan Mahir Emrelinin durumu ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, Bild nəşrinin sorğusunu cavablandıran klub rəsmisi qeyd edib ki, azərbaycanlı hücumçu üçün konkret təklif almasalar, o, komandada çıxışına davam edəcək:
“Mahir komanda ilə məşqlərə qayıdıb. Daha məşqdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz heç bir təzyiq altında deyilik: Cənubi Koreya klubunun ("Seul" - red.) bizimlə yenidən əlaqə saxlayıb-saxlamayacağını bilmirik. Bu, olmasa, onda Mahir komandada oynamağa davam edəcək və ümid edirəm ki, qollarını vuracaq. Mahirin bəlli bir qiyməti var. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".
Xatırladaq ki, Mahir Emreli "Nürnberq"in son oyununda iştirak ərizəsində yer almayıb. Onunla Cənubi Koreyanın "Seul" klubunu maraqlandığı haqda xəbərlər yayılıb. Ötən ilin yayından "Nürnberq"də çıxış edən 27 yaşlı hücumçu bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı