Bu gün Azərbaycan 1-ci liqasında 14-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
"İmişi" öz meydanında "Qəbələ"ni qəbul edib. Bu, turun mərkəzi matçı hesab olunur. "Qəbələ" sözügedən görüşdə 2:1 hesabı ilə qalib gəlib. Əyalət təmsilçisi bununla da 1-ci liqanın cari mövsümündə ilk qolunu buraxıb. Hazırda turnir cədvəlində "Qəbələ" 36 xalla lider, "İmişli" isə 24 xalla 3-cüdür.
2-ci yerdəki "Karvan" MOİK üzərində qələbə qazanıb - 3:1. Nəticədə "Karvan" xallarının sayını 29-a çatdırıb. Bu oyundakı bütün qollar görüşün ilk 29 dəqiqəsi ərzində vurulub.
Günün digər matçında isə "Cəbrayıl" "Mingəçevir"lə heç-heçə edib - 0:0.
13 fevral
Azərbaycan 1-ci liqası, 14-cü tur
14:00. “İmişli” – “Qəbələ” - 1:2
Qollar: D.Rollo, 72 - Ş.Şahniyarov, 58, D.Massumo, 82
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli
Heydər Əliyev adına İmişli şəhər stadionu
14:00. “Mingəçevir” – “Cəbrayıl” - 0:0
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev
Zaqatala OİK stadionu
14:00. “Karvan” – MOİK - 3:1
Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov
Yevlax şəhər stadionu
14 fevral
14:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan”
14:00. “Zaqatala” – “Difai”

“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi