"Qalatasaray" heyətinə yeni oyunçu cəlb edib.
QOL.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lans"ından Pzemislav Frankovski Türkiyə klubuna keçib.
Polşalı yarımmüdafiəçi yeni komandasında mövsümün sonuna qədər icarə əsasında oynayacaq. Onun bu müddətdə qazancı 950 min avro olacaq. Müqavilədə satınalma bəndi də var.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm "Lans"da 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord