Braziliyalı futbolçu Kadi Borges "Qarabağ"a qayıtması barədə danışıb.
QOL.az xəbər verir ki, o, Macarıstanın m4sport.hu saytına müsahibəsində Budapeştin "Ferensvaroş" klubundan Ağdam komandasına qayıtmasının özü üçün gözlənilməz olduğunu deyib.O bildirib ki, Julio Romao ilə dəyişdirilməsinə dair klublar arasında anlaşmadan əvvəldən xəbəri olmayıb, "Ferensvaroş"da qarşıdakı matçlara hazırlaşıb. O, artıq əvvəlki klubu olan "Ferensvaroş"dan narazılığını ifadə edib.
- "Ferensvaroş"un sizinlə müqaviləni ləğv etməsindən təəccübləndiniz? Nə baş verib?
- Bu, mənim üçün də sürpriz oldu. Mən komandamızın oyununa hazırlaşırdım ki, idman direktorumuz Tamas Hajnal zəng etdi, dəyişdirilmək istəyib-istəmədiyimi ("Ferensvaroş"a keçən Julio Romao ilə - red.) soruşdu. Dedim ki, əgər bu, klub və mənim üçün ən yaxşı olacaqsa, onda razıyam. Əvvəlcə elə düşündüm ki, o, mənimlə danışıqlar aparacaq, lakin tez başa düşdüm ki, məsələ artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, heç olmasa, bunu izah edə biləcək bir şey tapmağa çalışdıq. Biz hələ də bunun səbəblərini başa düşmürük. Bu, klubun qərarı idi.
- Yəni siz klubdan ayrılmaq istəmirdiniz?
- Mən heç vaxt dəyişdirilməyi istəməmişdim. Ötən yayda gəldiyimdən mənim uzunmüddətli müqaviləm vardı, ayrılmaq üçün heç bir səbəbim yox idi. Bu danışıqlar klublar arasında və onların qərarı olub.
- Klubdan getməyiniz üçün sizə səbəb göstərdilərmi?
- Xeyr, heç nə demədilər. Düşünürəm ki, onlar məni daha klubda görmək istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar.
- Yeni baş məşqçi Robbi Kinin gəlişi sizin vəziyyətinizə təsir etdimi?
- Düzünü desəm, bilmirəm. Dediyim kimi, heç kim heç nə bilmirdi. Xüsusən də ona görə ki, "Zalaegerszeq"ə qarşı oynamağa hazırlaşırdım. Ona görə də baş məşqçinin bundan xəbəri olub-olmadığını bilmirəm.
- Çərşənbə günü "Fradi" ("Ferensvaroş" - red.) yeni müqavilə bağladığınız "Qarabağ"da oynamış Julio Romaonu transfer etdiyini açıqladı. Güman edirəm ki, pərdə arxasında barter əməliyyatı gedirdi.
- Bəli, mən də belə düşünürəm. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” isə pul yox, məni istədiyi üçün bu dəyişmə həyata keçdi.
- "Malmö" ilə Avroliqa matçında assist və əla qolla 4:1 hesablı qələbəyə töhfə verdiniz. Belə bir vaxtda komandanı tərk etməli olduğunuz üçün peşmansınız?
- Dediyim kimi, mən getməyi xahiş etmədim, "Fradi" bunu istədi. Düşünürəm ki, komanda yoldaşlarımla mən artıq bir-birimizi çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm. Əlimdən gələni etmişəm, hər zaman hamıya hörmət bəsləmişəm, əlimdən gələni etməyə çalışmışam. Əgər bu, klub üçün kifayət deyilsə, problem yoxdur.
- "Ferensvaroş" azarkeşlərinin çoxu niyə getdiyinizi başa düşmədi. Onlara demək istədiyiniz bir şey varmı?
- Əgər onlar da bunu anlamayıblarsa, onda özünüzü mənim yerimə qoyun... Mən onlara hər oyunda göstərdikləri sevgi və dəstəyə görə təşəkkür etmək istərdim.
- Ümumiyyətlə, klubda keçirdiyiniz yeddi ayı necə qiymətləndirirsiniz?
- Özümlə gözəl xatirələr aparıram. Başıdik gedirəm, daha arxa qapıdan yox. Çünki özümü yaxşı hiss edirdim, yaxşı oynadım. Statistikam yalan demir. Avropa Liqasının pley-off mərhələsində "Banja Luka" ilə matçda əlavə vaxtda heç-heçəni təmin edən penalti qazandım. Sonra penaltilər seriyasında qol vurdum. İstər liqada, istərsə də beynəlxalq arenada hər oyunda var gücümü ortaya qoydum. Və biz yaxşı nəticələr əldə etdik. Ona görə də bu yeddi aydan məmnunam. Amma o da ola bilər ki, mən vəziyyəti səhv görürəm və futbolu yaxşı başa düşmürəm... Əgər onlar səhv etdiyimi düşünürlərsə, bu qərarı verdikləri üçün hər ikisi üçün daha yaxşıdır.
- Azərbaycana qayıtmağınızdan məmnunsunuzmu?
- Mən çox sevinirəm ki, mənə hörmət edilən, qiymət verilən yerdəyəm. Təkcə mənə də deyil, burada bütün futbolçulara inanırlar. Burada ruhumda bir dinclik, sakitlik var. İndi məşqə köklənməyin vaxtıdır ki, mən mümkün qədər tez meydana qayıda bilim. Və komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək edim.
“Real” şikayət etdi
“Bolonya”nın baş məşqçisi xəstəxanaya yerləşdirilib
Güləşçimiz dünya çempionu oldu
"Napoli"nin 180 azarkeşi Niderlanddan qovuldu
La Liqa prezidentindən "Real"a sərt cavab
Xabi Alonso Kenan Yıldızı təriflədi
“Neftçi” Abubakarla müqavilə imzaladı
"Xankəndi" 14:0 hesabı ilə qalib gəldi
Ernesto Valverde: “Qarabağ”la oyunda 1:0 normal olar”
“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes
"Şəmkir" Vüqar Nadirovla yollarını ayırdı
“Atletik”in “Qarabağ”la oyun üçün iştirak ərizəsi açıqlandı
"Şamaxı"nın futbolçusu 3 oyunluq cəzalandırıldı
Misli Premyer Liqasında 9-cu turun hakimləri müəyyənləşdi
"Bavariya" Kompani ilə müqaviləni uzatdı - Rəsmi
Abramoviç “Qalatasaray”ın səhmlərini almağı düşünür
AFFA Premyer Liqanın 5 klubunu cərimələyib
"Arsenal"dan unikal göstərici
Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı
Abubakar “Neftçi”də nə qədər maaş alacaq?
"Sabah"ın 400-cü qolunu vurdu
Ronaldonun oğlu ilk dəfə U-16 millisinə çağırıldı
Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat
İlk dəfə İsveç çempionu oldular
“Traktor” ÇL-də ilk qələbəsini qazandı
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
Superliqada 9-cu tura yekun vuruldu
“Roma” Türkiyə millisinin üzvünü komandada saxlayacaq
Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı
“Yuventus” Ruqaninin müqaviləsini uzatdı - Rəsmi
“Futbolçu 23 yaşdan sonra millidə oynamamalıdır”
“Beşiktaş” Cengizi birdəfəlik alır
Kenan Yıldız: “Özümü onunla müqayisə etməyi sevmirəm”
“Qarabağ” İspaniyaya getdi - Şəkillər
“Reyncers” yeni baş məşqçisini tapdı - Danni Rohl gəlir
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
"Atletik"dən "Yaşa Azərbaycan" paylaşımı - Video
Klopp "Mançester Yunayted"ə niyə "yox" deyib?
"Neftçi”nin ikinci qolunda ofsayd var idi" - Felipe Santos
Arteta: "Arsenal" dünyanın ən böyük klubudur"