"Bu, Azərbaycan futbolunun mühüm qərarlarından biri idi. Çünki son dəfə Azərbaycan Premyer Liqasında 12 komanda təxminən 10 il öncə olub”.
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.
O, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən ölkə Premyer Liqasında komanda sayının artırılması haqda qəbul olunan qərardan danışıb. Qərara əsasən, növbəti mövsümdən çempionatda 10 yox, 12 klub mübarizə aparacaq.
S.Hacıyev bu qərarın Azərbaycan futbolu üçün müsbət dəyişiklik olduğunu vurğulayıb: "Uzun illərdən sonra 12 komandalı sistemə qayıtmaq əlbəttə ki, müsbət haldır. Təbii ki, hazırda çempionatın formatı ilə əlaqədar müəyyən suallar var. İclasda ilkin olaraq məsələ bu idi ki, 12 komandalı çempionat təsdiq edilsin. Lakin biz də AFFA olaraq tam anlayırıq ki, həm Premyer Liqa, həm də 1-ci liqa komandaları artıq indidən öz planlarını bilməlidirlər. Biz maksimum qısa müddətdə bu məsələyə geri dönüş edəcəyik".

O, çempionatın yeni formatına və digər məsələlərə İcraiyyə Komitəsinin qarşıdakı iclasında aydınlıq gətiriləcəyini deyib: "Nəzərdə tutulub ki, qarşıdakı 2, maksimum 3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclasının keçirilsin, sözügedən iclasda konkret olaraq hazırkı duruma görə qərar qəbul olunsun, 1-ci liqadan Premyer Liqaya neçə komandanın gələcəyi, Premyer Liqadan 1-ci liqaya komandaların hansı formatda gedəcəyi müəyyənləşsin. Gündəmdə olan sualların hamısı AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq. Bildiyiniz kimi, 12 komandalı liqalar üçün müxtəlif formatlar var. "6-lıq" sistemi, 3 dövrəli sistemlər mövcuddur. Hər formatın öz mənfi və müsbət tərəfləri var. Biz "6-lıq" sistemi görmüşük. Bu məsələ ilə əlaqədar onu deyə bilərəm ki, hazırda beynəlxalq təcrübəyə baxılması üçün bizə zaman lazımdır. Avstriyada 2 "6-lıq", Baltik ölkələrində 3 dövrəli sistem var".
S.Hacıyev Premyer Liqada sonuncu yeri tutan komandanın 1-ci liqaya düşüb-düşməyəcəyi haqda bunu söyləyib: "İdman prinsiplərinə gəldikdə isə hazırkı nizamnaməyə görə, Premyer Liqada sonuncu yeri tutan komanda çempionatı tərk etməlidir. Lakin müxtəlif illərdə fərqli yanaşmalar olub. Reallıq nəzərə alınaraq AFFA İcraiyyə Komitəsi tərəfindən müəyyən qərarlar qəbul edilə bilər. İstənilən halda düşünürəm ki, sonuncu yeri tutan komanda ya pley-off oynamalıdır, ya da çempionatı tərk etməlidir. Sonuncu komandanın Premyer Liqada qalması bəlkə də məqsədəuyğun olmazdı. Rəqabəti qorumaq lazımdır".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın