"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 21-ci turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Çempionatda olan komandaların hamısı bizim üçün çətin, möhkəm komandalardır. Baxmayaraq ki, öz meydanımızda oynayırdıq, hazırda asan oyunlar yoxdur. Özünüz görürsünüz ki, bütün komandalar bir-birilərindən necə xal alırlar. Bütün oyunlarda bu cür əziyyətlərin olması normal bir şeydir. Oyundan razı qaldım. Qol epizodları da yaratdıq. Həmin şansları qola çevirə bilmədik. Ən xoş olan məqam odur ki, bu gün nizam-intizamı qoruya bildik, rəqibə şans vermirdik. Bu da rəqibin heyətində olan fərqli və müxtəlif tərzdə oynaya biləcək oyunçularının bizə çətinlik yaratmasına gətirib çıxardı. Komandamızın bunların öhdəsindən gəlməyi xoş məqam idi. Kuboka köklənmişik. Üç gündən bir oyunlarımız olacaq, ağır həftəyə giririk. Kubok oyunu da səfərdədir. Futbolçularımız da həmən bu oyundan sonra dincəlib növbəti matça hazırlaşmalıdırlar. Ona görə də bu oyun psixologiya, motivasiya cəhətdən önəmli idi. Futbolçulara təşəkkür edirəm. Görəcək işimiz var. Bəzi məqamlar var ki, onların daha yaxşı və tez olmasını istəyirəm. İnşallah, inanıram ki, yaxşı bir şeylərə gəlib çıxacağıq.
- "Araz-Naxçıvan"a qarşı məğlubiyyətdən sonra bəzi oyunçular daha yaxşı oynamağa başladılar. Həmin oyundan sonra komandada nələri dəyişdiniz?
- Ötən matçdakı məğlubiyyətin ən böyük günahkarı kimi özümü görürəm. Çünki mən reallığa yox, öz adımıza aldandım. Dəyişikliklər etdim və düşündüm ki, qışdan sonra gəlmişik, "Sabah"la matçda da az hücum etdik. Baxmayaraq ki, nizamlı oynamışdıq və, bəlkə də, həmin oyun elə bir topluq oyun idi. Amma "Araz-Naxçıvan"la oyunda düşündüm ki, daha çox hücum etməliyik, matçı hücumda keçirməliyik. Bu adımızı reallıqdan daha üstün tutdum. Ağır nəticəsi də göz qabağındadır. Bugünkü görüşdə isə reallıqları ortaya qoyduq. Çünki hazırda meydanda nizam-intizamı qorumalıyıq, rəqibə şans verməməliyik və ondan sonra da az epizodlar olsa da, onlara girməliyik. Bizim komandamızın reallığı budur. Bir oyun üslubu istəyirsənsə və bu oyun üslubu adımıza görə daim hücumda olmaqdırsa, buna həmin an gəlmək olmaz. Bunun üçün böyük işlər görməlisən. Qapıçıdan hücumçuya kimi davam edən bir prosesdir. Açığı, həmin məğlubiyyətdən sonra öz qərarıma çox üzüldüm. Ondan sonra bir şeylər dəyişmədik, sadəcə futbolçuları oyuna bu cür köklədik. Ayrılıqda tapşırıqlar verdik və hazırda bizə nəyin önəmli olduğunu bildirdik. Daha öncə dedim ki, narazı olduğum məqamlar var. Bu da bəzən tələskənliyimiz və topu lazımsız yerdə itirməyimizlə bağlıdır. Onu da indiki vəziyyətdə başa düşürəm. Futbolçular sırf qazanmaq fikri ilə çıxdıqda bu cür şeylər olur. Ötən oyundan sonra dəyişdiyimiz şey odur ki, təzədən reallığa qayıtdıq. Düşünürəm ki, bununla da hələ ki davam etməliyik.
- Matçın ilk 30 dəqiqəsi rəqib daha üstün oldu...
- Ştoqrin uzun müddət oyundan çıxdı və bunun ani olduğu üçün, onun yerinə girən Koffi hələ özünə gəlməmişdi. Həmin anda rəqibə üstünlük verdik. Amma ondan sonra üstünlüyü yenə ələ aldıq. Lakin üstünlükdən düzgün istifadə edə bilməmək bayaq qeyd etdiyim narazı məqamlardan biridir. Bunları da düzəldəcəyik, çünki üzərində çox işləyirik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi