"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 21-ci turunda "Kəpəz"ə 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
- Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.
- Rəqib pressinq tətbiq etməklə "Sabah"ı səhvlərə məcbur edirdi. Düşünmürsünüz ki, həmin istək sizin komandada yox idi?
- Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qalanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.
- Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısınız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə "Sabah" hansı komandaları üstələyə biləcək?
- Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.
- Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?
- O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.
- "Sabah"ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?
- "Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.
- Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiniz?
- Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq. (sportal.az)
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki