Fransanın "Renn" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, Liqa 1 təmsilçisi 64 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Onu bu vəzifədə Habib Beye əvəz edib. Seneqallı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xorxe Sampaoli 2024-cü ilin noyabrında "Renn"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 oyunda uduzub. "Renn" hazırda Liqa 1-də 19 oyundan 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu