150-ci səfər uğursuzluğu

150-ci səfər uğursuzluğu
ÖLKƏ FUTBOLU 27 Yanvar 2025 / 09:33 469
-  A +

“Kəpəz” Azərbaycan çempionatlarında 150-ci səfər məğlubiyyətini alıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 20-ci turuna təsadüf edib.

Gəncə klubu “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Qərblilər ölkə çempionatları tarixində ən çox səfər məğlubiyyəti alan komandadır.

“Kəpəz”in rəqib meydanından xalsız döndüyü ilk qarşılaşma 1992-ci il iyunun 27-də “Turan”la matça təsadüf edib – 0:1.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner