Azərbaycan futbolu tarixində 3-cü dəfə

Azərbaycan futbolu tarixində 3-cü dəfə
ÖLKƏ FUTBOLU 27 Yanvar 2025 / 09:19 1162
-  A +

“Sabah” Misli Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.

Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb.

Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır