"Milan"da baş məşqçi ilə oyunçu arasında qalmaqal

"Milan"da baş məşqçi ilə oyunçu arasında qalmaqal
DÜNYA FUTBOLU 26 Yanvar 2025 / 19:09 2756
-  A +

"Milan"ın baş məşqçisi Serjio Konseysao ilə klubun müdafiəçisi Davide Kalabriya arasında münaqişə baş verib.

QOL.az xəbər verir ki, hadisə bu gün “Milan”ın İtaliya A Seriyasının 22-ci turunda "Parma"ya qalib gəldiyi (3:2) oyundan sonra yaşanıb. Bu an İtaliya telekanallarında yayımına da düşüb.

Matçdan sonra Konseysao Kalabriyanın üzərinə gedərək ona qışqırmağa başlayıb, futbolçusunu itələyib. Komanda üzvləri münaqişə iştirakçılarını ayırıblar.

Kalabriya açıqlamasında hadisənin anlaşılmazlıqdan yarandığını və indi hər şeyin geridə qaldığını deyib.

Daha çox


Son xəbərlər
topaz banner