"Neftçi"nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.
QOL.az xəbər verir ki, bu ölkənin FCSB klubu ilə “Qarabağ” arasında Avropa Liqası matçı ərəfəsində “Prosport”un suallarını cavablandıran braziliyalı müdafiəçi Rumıniya klubunun turnirdə yaxşı mövqedə olmasına baxmayaraq Ağdam təmsilçisi ilə oyunun çox çətin keçəcəyini bildirib.
- Yuri, “Qarabağ” - FCSB matçında kim qalib gələr?
- FCSB üçün çox çətin matç olacağını deyə bilərəm. "Qarabağ" normal səviyyədə oynasa, FCSB üçün heç-heçə belə çətin olacaq. Düzdür, FCSB Avropa Liqasında yaxşı mübarizə aparır, turnirin sürpriz komandasıdır, lakin onlara bildirin ki, burada çox çətin olacaq.
- Azərbaycanda həyat necədir?
- Mən Azərbaycanı, buradakı həyatı çox bəyənirəm. Bakı çox, çox gözəl şəhərdir. Sakitlikdir, təhlükəsizliyiniz var. Hər şey mükəmməldir.
- “Qarabağ” klubu Azərbaycan üçün nə deməkdir?
- “Qarabağ” son 10 ildə avrokuboklarda yaxşı çıxış edən komandadır. Bu, digər komandaların Avropada çıxış etmək istəməsinə də kömək edir. Azərbaycanın ən çox tarixi olan və ən böyük klubu “Neftçi”dir. Amma son 10 ildə “Qarabağ” dominantlıq edir.
- “Qarabağ” necə futbol oynayır?
- Çox stabil komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdədir. 17 ildir eyni baş məşqçi ilə davam edirlər. Meydana kimin girməsindən asılı olmayaraq bütün oyunçular nə etməli olduqlarını bilirlər. Onlar çoxlu şanslar yaradan, topa sahib komandadır. “Qarabağ” heç nədən qol imkanları yaradır.
- “Qarabağ”da ən təhlükəli oyunçu kimdir?
- Ən təhlükəli oyunçu getdi (Juninyonu nəzərdə tutur – QOL.az), amma komandada yaxşı oyunçular çoxdur. Abdullah Zubir çox yaxşı oyunçudur. Romao, Yankoviçin də komandada mühüm rolu var.
- “Qarabağ”ın ən yaxşısı komandadan ayrılan braziliyalı idi?
- Bəli, Juninyo. Çempionatın ən yaxşı oyunçusu idi. Onu saxlamaq mümkün deyildi. “Flamenqo” onun üçün 5 milyon avro ödədi. Amma “Qarabağ”ın futbolçuları üçün həmişə təkliflər olur. Onlar 2-3 milyon avroluq təklifləri rədd ediblər. Klubun pulu və çox yaxşı strategiyası var.
- “Qarabağ” futbolçularına hansı maaşları təklif edir?
- Rumıniyanın heç bir klubu orta hesabla belə maaş təklif etmir. Bu klubda maaş Rumıniyada təklif olunanlardan daha çoxdur.
- "Qarabağ" Rumıniya çempionatında çempion ola bilər?
- Bunu dəqiq deyə bilmərəm ki, titul alarlar, yoxsa yox, amma 200 faiz əminliklə söyləyirəm ki, çempionluq uğrunda sona qədər mübarizə apararlar. Ötən mövsüm ikinci yerdən 25 xal fərqlə çempion oldular. Üstəlik matçların yarısının ikinci heyətlə oynandığı şəraitdə bunu etdilər. Onların çox balanslı komandası var. Məşqçi tez-tez çoxlu rotasiyalar edir.
- “Neftçi”də vəziyyət necədir?
- Təəssüf ki, komanda bizim istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən çox sevilən klubudur və əgər uğurlu nəticə yoxdursa, narazılıq normaldır. Komandanı yenidən qurmağa çalışırıq. İndi “Neftçi”yə komandaya son dəfə çempionluq qazandıran baş məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqrodan, daha sonra isə Ukraynadan gələn baş məşqçimiz var idi.
- Öz oyunun və “Neftçi”dəki gələcəyin haqda nə deyə bilərsən?
- Şəxsən mən bütün matçlarda start heyətdə çıxış etdiyim üçün razıyam. Mən yalnız zədələnəndə oynamadım. Amma heç vaxt ehtiyat oyunçu olmadım. İndi hələ iyuna qədər müqaviləm var. Klubdan müqaviləmin uzadılması təklifini gözləyirəm.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi