"Qarabağ"ın futbolçusu Musa Qurbanlı son iki oyunda hücum xəttindəki məhsuldarlığı ilə seçilir.
QOL.az xəbər verir ki, 22 yaşlı hücumçu bu gün Misli Premyer Liqasının 3-cü turundan "Şamaxı" ilə təxirə salınmış matçda komandasının qələbə qolunu vurub. Matçın son saniyələrində - 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu "Qarabağ"a 3 xal qazandırıb.
M.Qurbanlı Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la oyunda (5:0) isə dubl etmişdi. Göründüyü kimi, iyun ayında "Yurqorden"dən (İsveç) "Qarabağ"a qayıdan Musa 6 oyunda fərqlənə bilməsə də, son iki matçda 3 qol vurmağı bacarıb.
Azərbaycan millisinin də üzvü olan futbolçu bu mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 8 oyunda 2 qol ötürməsi də edib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı