“Qarabağ” hücumçusu Olavio Juninyo ilə “Sevilya” klubunun maraqlanması və bununla bağlı təklif göndərməsi barədə bu gün İspaniya mediasının yaydığı xəbərlərə münasibət bildirib.
QOL.az saytına açıqlamasında Ağdam klubunun direktoru Emrah Çelikel məlumatı təsdiqləyib. O, “Sevilya”dan Juninyoyaya görə rəsmi təklif aldıqlarını söyləyib:
Həmçinin oxuyun: “Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun hədəfində
“Sevilya” kimi tarixi və böyük uğurları olan bir klubun futbolçumuza görə “Qarabağ”a müraciət etməsi həm klubumuza, həm də Azərbaycana olan hörmətin göstəricisidir. İspan klubunun bu isti münasibəti bizi yalnız məmnun edə bilər. Eyni zamanda onu da qeyd etməliyik ki, Juninyo da “Qarabağ” üçün vacib futbolçudur. Son illər komandamızın uğurlarında o, böyük pay sahibi olub”.

Emrah Çelikel “Sevilya” tərəfindən təklif olunan təzminat məbləği ilə bağlı da “Qarabağ”ın mövqeyini açıqlayıb:
“Əvvəla qış fasiləsi zamanı futbolçu tapmaq hər bir klub, o cümlədən bizim üçün çətin olur. “Sevilya” klubuna göndərdiyimiz rəsmi cavabda onlara futbolçumuza göstərdikləri maraqları üçün təşəkkürümüzü bildirməklə yanaşı qarşı tərəfdən təklif olunan məbləğin klubumuzun tələbinə cavab vermədiyini də qeyd etmişik”.
Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil