"Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 17-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan (0:5) sonra mətbuat konfransında deyib.
O, böyükhesablı məğlubiyyəti belə şərh edib: "Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam. Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda "Kəpəz"lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün gün vaxtımız var".
"Sumqayıt"a müvəqqəti baş məşqçi təyin olunan gənc mütəxəssis müqaviləsi ilə bağlı sualı cavablandırarkən özünün də bununla bağlı tam məlumatlı olmadığını deyib: "Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur. Mən öz işimi görürəm. Komanda uda da bilər, uduza da bilər. Bu gün bizim günümüz deyildi. İnanıram ki, növbəti matçlarda daha yaxşı olacağıq. Bu gün heyətimizdə 13 legioner futbolçu var. Bir-iki dəyişiklik edə bilərik. Amma ümumi olaraq yaya kimi bu futbolçularla davam etməliyik".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi