Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
QOL.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer almışdı.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Misli Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi