“Süni örtüklü meydanda oynamaq bizim üçün çətindir. Buna öyrəşməmişik. Ona görə də “Səbail”ə qarşı oyunun çətin keçəcəyini əvvəldən bilirdik. İlk dəqiqədən sona qədər yaxşı mübarizə apardıq. Yekunda da qalib gəldik. Buna görə sevinirik”.
QOL.az saytına açıqlamasındə bu sözləri “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro Misli Premyer Liqasının 16-cı turunda səfərdə “Səbail” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Braziliyalı futbolçu mövsümün ilk turunda “Qarabağ”a uduzduqdan sonra sürət yığmalarının səbəbini belə izah edib: “İlk oyunumuz çətin olmuşdu. Çünki mövsümdə birinci matçı idi, hamı bir-birini yeni tanımağa başlamışdı. Hər gün üzərimizdə çalışırıq. Baş məşqçimiz də bu işdə bizə kömək olur. Onun sayəsində buralara gəlib çıxmışıq. Hazırda lider olsaq da, hələ heç nəyə nail olmamışıq. Yolumuza davam edirik”.
28 yaşlı futbolçu ötən mövsümlə müqayisədə “Araz-Naxçıvan”ın indi daha güclü olduğunu vurğulayıb: “Yaxşı oyunçularımız var. İndi ötən mövsümlə müqayisədə daha yaxşı vəziyyətdəyik. Bu cür də davam etməyə çalışacağıq. İstəyirik ki, uğurlu oyunlarımızın davamını gətirək. Çətin olsa da, buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
“Araz-Naxçıvan”ın çempionluq üçün oynaması nə dərəcədə realdır?” sualını Ribeyro belə cavablandırıb: “Hər şey ola bilər. Biz də Avropaya yollanmaq üçün çalışırıq. Məşqlərdə də dayanmadan işləyirik. Kim çempion olmaq istəməz ki? Necə alınacağını isə zaman göstərəcək”.
O, ilin son iki oyunu - “Sabah” və “Qarabağ”a qarşı matçlar barədə bunları söyləyib: “Futboldur, uda da bilərik, uduza da bilərik. Öncədən proqnoz vermək olmur. Ancaq dəqiq olan odur ki, maksimum gücümüzü meydanda ortaya qoyacağıq və sona qədər döyüşəcəyik. Necə alınacağını isə zaman göstərəcək”.
Son iki mövsümdə “Araz-Naxçıvan”ın heyətində ən yaxşılardan olan braziliyalı müdafiəçi digər klublardan təklif almadığını qeyd edib: “Hazırda “Araz-Naxçıvan”dayam və bu komandanın uğurları üçün çalışıram. Karyeramı burada da davam etdirəcəm. Keçən illə müqayisə etsək, mənə görə bu mövsüm daha yaxşıyam. Amma hansısa klubdan təklif almamışam. Yalnız “Araz-Naxçıvan”a fokuslanmışam”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı