Noyabrın 27-si 1-ci Liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra qalmaqal baş verib. Bu matç turnir cədvəlində liderlərin oyunu idi. "Qəbələ" Yevlaxda qələbə qazanaraq, xalını 20-yə yüksəltməklə liderliyi ələ alıb. "Karvan" isə (18 xal) ikinci pilləyə düşüb.
QOL.az-ın xəbərinə görə, AFFA İntizam Komitəsi həmin matçdan sonra yaşanan olaylarla bağlı "Karvan" klubunun məşqçilərini və bəzi futbolçularını cəzalandırıb.
Komitənin bu gün açıqlanan qərarlarında bildirilir ki, noyabrın 27-si 1-ci Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimələnib.
Oyun bitdikdən sonra “Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə (Kaxaber Sxadadze - red.) hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib.
Qərarda o da qeyd edilib ki, “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qeyd edək ki, "Karvan" - "Qəbələ" matçının hakimləri Tural Qurbanov (baş hakim), Zöhrab Abbasov, Rəhman İmami (laysmanlar) və Kamran Əliyev (dördüncü hakim) olublar.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı