"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: "Maraqlı oyunun şahidi olduq. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. Möhtəşəm stadion, ot örtüyü, əlverişli hava şəraiti, düşünürəm, oyunun maraqlı olmasına təsir etdi. Demək olar ki, oyun ərzində nəzarət bizdə idi. İlk dəqiqələrdən çalışdıq ki, üstün tərəf biz olaq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmin dəqiqələrdə həmlələr hazırlayırdıq. Təəssüf ki, çatmadıq. O dəqiqələrdə qol buraxdıq.
İkinci hissədə qapımıza bir zərbə endirildi. O da qolla nəticələnib. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Onlar da istəkli idilər, qələbə qazanmağa çalışırdılar. Meydanda keyfiyyətli futbol var idi.
Mütəxəssis oyundan sonra azarkeşlərin kapitan Qismət Alıyevi yanlarına çağırmasına münasibətini bildirib: "Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları da birlikdə qazanmışıq. Bilmirəm aralarında nə söhbət olub. Azarkeşdir, həmişə motivasiyasını, ya iradını bildirə bilər. Yaxşı, çətin günlərimizdə yanımızda olurlar. Bunu normal qarşılayıram".
R. Sadıqov "yaydakı "Zirə" ilə indiki "Zirə" arasında fərq nədir?" sualına belə cavab verib: "Bu sual hər məğlubiyyətdən sonra verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gəlməyə yaxın olan biz idi, ya da məğlubiyyətə layiq deyil idik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə sanki hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Ya da rəqibin qapımızda yaratdığı epizodlarda.
Bugünkü oyunla keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Müəyyən detallar var oyunumuzda, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Əsas faktor onu qeyd edərdim. Hətta meydana buraxdığımız 3 mərkəz yarımmüdafiəçi hücumameyilli idilər. Düşünürəm, böyümək üçün, gələcəkdə stabil uğurlar əldə etmək üçün, bunu mütləq etməliyik. Keçid etmək asan deyil. Asanlıqdan da əlavə, sadəcə nəticəni əldə edə bilmirik. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallarımızı toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik".
O, millinin nəticələrindən də söz açıb: "Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə görə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Detallara varmaq istəmirəm, həmdə düşünürəm, yeri deyil indi. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır. İki-üç sözlə fikrimizi ifadə etmək düzgün deyil".
Mütəxəssis legioner limitinin oyunlarına təsirindən də danışıb: "Son dövrdə yerli futbolçularla bağlı sıxıntılarımız oldu. "Qarabağ"la oyunda 4 futbolçumuz birdən zədələndi. Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. Konfrans Liqasında DAK-la səfər matçında 5 yerli ilə oynayırdıq. Orada rahat oynayıb, sonra 5 legioner buraxa bilərsən meydana. Çempionatda isə heyəti necə formalaşdırasan, əvəzetmələri necə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli futbolçu ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı