Fransa millisinin kapitanı Kilian Mbappenin yığmada oynamaq istəməməsi ilə bağlı qalmaqal böyüyür.
QOL.az xəbər verir ki, bu dəfə fransalı jurnalist Daniel Riolo məsələ ilə bağlı danışarkən Mbappeni tənqid edib. O, "RMC Sport"a açıqlamasında qeyd edib ki, Mbappe milli komandaya bu münasibətini davam etdirsə, qarşıdakı toplanışlarda da yığmadan kənarda qalacaq:
"Yalnız bir səbəb var və mən 1000 faiz əminəm ki, Deşam Mbappeni keçən dəfə baş verənlərə görə cəzalandırır. Mbappe "Zədələnmişəm, meydanda olmayacağam" deyir və üç gündən sonra klubunda oynayır. Deşam isə onu axmaq kimi göstərən bir səbəb söyləməli olur. Nə avtoritet nöqteyi-nəzərindən, nə də sadəcə bir insan olaraq Deşam buna göz yuma bilməzdi. Ona görə də Mbappeni kənarda saxladı. Mbappenin haqlı və ya haqsız olması onun işidir, bundan dərs alacağına əmin deyiləm. Görək mart ayında nə olacaq. Vəziyyət yalnız pisləşə bilər. O dərəcədə ki, Kilian Mbappe Fransa millisinə Didye Deşam vəzifəsində olarkən qayıtmayacaq. Hər halda, o, indi millinin kapitanıdır, çünki qolundakı sarğı hələ çıxarılmayıb... Amma heç nə qalmaqalın böyüməsini istisna etmir".
Qeyd edək ki, "Real"ın hücumçusu Mbappe ilə millinin baş məşqçisi Didye Deşamın münasibətlərinin yaxşı olmadığı haqda xəbərlər yayılmaqdadır.
Fransa millisi Millətlər Liqasında noyabrın 14-də Parisdə İsraillə, noyabrın 17-də isə Milanda İtaliya ilə qarşılaşacaq.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər