"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda öz meydanlarında "Səbail"ə qalib gəldikləri oyundan (3:1) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, deyib: "Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Açığı, bütün təbriklər oyunçulara düşür. İlk qələbəmiz nə qədər ağır olsa da, bu, futbolçuların payıdır. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Mən dəyişə bilməzdim və dəyişmədim də. Sırf bu oyunda olan və qalibiyyət futbolçulara bağlıdır. Futbolçuları təbrik edirəm. Görüləcək işlər çoxdur. Buraya gələn və gəlməyən "Neftçi" azarkeşlərini təbrik edirəm. Qələbə biraz gec oldu, amma təbrik edirəm".
Mütəxəssis mətbuatda "Neftçi" komandasında olan ab-hava haqda yayılan məlumatlara fikir bildirib: "Söz-söhbətləri siz necə eşidirsiniz, biz də eşidirdik. Amma bura gələndə nə qruplaşmalarla, nə söz-söhbətlərlə rastlaşmadım. Əksinə futbolçular tərəfindən həddindən artıq istək gördüm".
O, kapitanlığın Rza Cəfərova verməsi haqda da danışıb: "Kapitanlıq məsələsini çox eşitmişdim. Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Mənim vaxtımdan və ya şəxsən tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Futbolçular birinci hər baş məşqçiyə hörmət etməlidilər, sonra isə tabe olmalıdılar. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Bu, mənim üçün çox xoş oldu. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Amma hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir".
S. Abasov "Qara Qarayevi klubunuzda görmək istəyirinizmi" sualına belə cavab verib: "Qara Qarayev məndən əvvəl "Neftçi"dən gedib. Bilmirəm, təcrübədə bü cür gedib-gəlmək var ya yox. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, yoxsa yox - bunu deyə bilmərəm. Qara Qarayevə mənim hörmətim və sevgim çoxdur. Onunla gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Harada baş məşqçi olmağımdan asılı deyil, bir dəstəkçi kimi həmişə onun yanındayam. Qara Qarayevi təzliklə meydanda görmək istəyirəm".
O, yeni klubu ilə danışıqların "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk getdikdən sonra olduğunu bildirib: "Həmin ərəfədə heç bir danışıqlar olmayıb. İnanmıram ki, bu klubun rəhbərləri baş məşqçi ola-ola başqası ilə danışıq aparsın. Bu, son anda oldu. Bura gəlməyimdə və qərarımı dəyişməkdə bəzi səbəblər var idi. Bunu açıqlamaq istəmirəm. "Neftçi"də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Fərqi yoxdur, hansı vəziyyətdə komandaya gəlirik. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq".
Mütəxəssis oyundan sonra oyunçusu Ağadadaş Salyanskiyə yaxınlaşması haqda da danışıb: "Xoşlayıram ki, məsələni yerində həll edim və ya soyunub-geyinmə otaqda videonu göstərim. Sonra yadımdan çıxa bilər və futbolçudan bir-iki gün sonra soruşanda özünə xeyir verə biləcək sözlər deyə bilər. Amma həmin an soruşanda reallığa yaxın olur. Ağadadaşa məsləhətlərimi verirdim".
O, "Sumqayıt"da olanda "şəhərimin komandasındayam" deməsindən sonra klubdan çıxmasına fikir bildirib: "Dediyimiz sözlər həmin günə və vəziyyətə aid olur. Nəyə görə elə dediyim də həmin günə aid idi. O vaxt "Sumqayıt"da idim, indi "Neftçi"dəyəm. Sumqayıtda böyük sevgi gördüm. Onlara dərin təşəkkürümü bildirirəm. Həmçinin klub rəhbərliyinə də, onlarla yaxşı günlər yaşadıq. Oradakı futbolçulara sonsuz təşəkkür edirəm ki, uğurlu mövsüm keçirdim. Artıq bu keçmişdədir, indi "Neftçi" haqda danışmalıyıq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı