“Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonra vacib qələbə idi. Düzdür, oyundan çox razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Yalnız dünən bütün komanda birlikdə məşq etdi. "Kəpəz" çox istəkli idi. Onlara uğurlar arazulayıram”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”ə qalib gəldikləri (5:0) oyundan sonra təşkil edilən mətbuat konfransında bildirib.
O, jurnalistlərin milli və digər məsələlərlə bağlı sualını da cavablandırıb.
- Futbolçular millidəki məğlubiyyətlərin təsirindən çıxa bilib?
- Normal idilər. Bir az üzgünlük var idi. Gördüyünüz kimi toparlanıblar. Amma məğlubiyyətlər yaddan çıxmır. Ümid edirəm, millimiz qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edər. Ən əsası odur ki, bu gün hamı oyunu zədəsiz başa vurdu.
- AFFA İcraiyyə Komitəsinin üzvü kimi milli komandanın məğlubiyyətlərini sizin də passivinizə yazmaq olar?
- Bu günlərdə bu məsələləni nə qədər az müzakirə etsək, daha yaxşı olar. Hər birimiz üzgünük. Bəlkə də bu oyunların bir neçəsi məğlub olası oyun deyildi. Millimiz əlinə düşən fürsətlərdən yararlana bilmədi. Bu durumdan çıxmaq lazımdır. Fernandu Santuş çox təcrübəli məqşçidir. İnanıram ki, psixoloji cəhətdən futbolçulara düzgün yanaşa biləcək. Hamımız milli komandanın yanında olmalıyıq. Qarşıdakı matçlara daha istəkli və sakit hazırlaşmaq lazımdır.
- Nəriman Axundzadə ilə Musa Qurbanlının məhsuldarlığı azdır. Bunun səbəbi nədir?
- Hər ikisi əsas heyət oyunçusu deyil. Digər tərəfdən Nəriman pis təsir bağışlamır. İki oyundan bir qol vurur və ya assist edir. Musa Qurbanlının uzun fasilədən sonra ikinci oyunu idi. Rəqabətdə uduzurlar. Yaxşı nəticə vermək üçün oynadıqları dəqiqələr çox olmaldıır.
- Musa Qurbanlını icarəyə verməyi düşünürsünüz?
- "Qarabağ"da yerli oyunçularımız heç də az oynamır. Üç cəbhədə mübarizə aparırıq. İcarəyə versək, özümüz də oyunçusuz qala bilərik.
- Millinin sabiq futbolçusu İlqar Qurbanov İTV-nin “Sabaha saxlamayaq" verilişində bildirdi ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusunuz. Sizin dövrünüzdə belə hal olub?
- Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.
- Benzianın bu gün əsas heyətdə oynamaması "Ayaks"la oyuna daha yaxşı hazır olması üçün idi?
- Bu gün "Ayaks"la oyun barədə düşünmürdük. Hazır olan futbolçuları meydana buraxdıq. Onu əvvəlcədən meydana buraxmaq risk olardı. "Ayaks"la oyuna bir neçə gün vaxt var. Futbolçuların hazırlıq durumuna baxıb heyətlə bağlı qərar verəcəyik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı