"Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür".
QOL.az xəbər verir ki, bunu “Report” agentliyinə açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə səfər matçı barədə danışarkən deyib.
Həmçinin oxuyun: Milliyə ürəyini qoymayanlar haqda - Təyyarə qeydləri
45 yaşlı mütəxəssis belə nəticəni gözləmədiklərini vurğulayıb:

“Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür. Belə nəticəni gözləmirdik. Bunun da bir səbəbkarı var. Baş məşqçi kimi məsuliyyət mənim üzərimdədir. Oyun haqqında qısaca onu deyim ki, birinci və ikinci hissələr arasında böyük fərq var idi. İkinci hissədə oyun intizamı pozuldu. Birinci hissədə məğlub olmuşduq deyə, irəli atıldıq, açıq futbol oynadıq və hesabı bərabərləşdirmək istədik. Nəticədə rəqib bizi cəzalandırdı və belə faciəvi hesab alındı. Bunun da səbəbləri var, sadəcə, açıqlamaq istəmirəm. Çünki hər dəfə nəsə deyəndə, bəhanə kimi qarşılanır”.

O, sabah İngiltərə millisinə qarşı keçirəcəkləri oyuna hazırlıqlarla bağlı sualı da cavablandırıb:
“Əlbəttə, belə məğlubiyyətdən sonra nəinki futbolçuların, biz məşqçilərin də psixoloji durumu lazımi səviyyədə deyil. Futbolçularda yorğunluq var. Onlarla söhbət edirik, çalışırıq ki, ruhlandıraq, həvəsləndirək. Sabah bizi ağır oyun gözləyir.
İngiltərə yığması ilə bizim heyəti müqayisə etmək belə düzgün deyil. Üstəlik, bildiyimə görə, stadion dolacaq, tribunalarda boş yer qalmayacaq. Çalışırıq oyunçuları kökləyək. Bu cür stadion və azarkeşlərin qarşısında İngiltərə ilə oynamaq komanda üçün də stimuldur. Sabah meydanda ayaq yerinə başımızı qoyacağıq ki, layiqli mübarizə göstərək. Mərhələnin son oyunudur”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də səfərdə Şimali İrlandiyaya 0:5 hesabı ilə məğlub olub. Komanda sabah, mərhələnin son matçında səfərdə İngiltərə yığması ilə üz-üzə gələcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi