"Səbail" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm, öz komandama təşəkkür edirəm.
- Transferlər gözlənilir?
- Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.
- Mütəxəssislər deyir ki, “Qarabağ” digər komandalardan bir baş üstündür. Siz də deyirsiz ki, “Qarabağ” kimi komanda olmaq üçün zaman lazımdır. Özünüz də, iki ildir ki, “Səbail”dəsiz...
- Bir klubda 8 il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdır. 10 il bir komandada ola bilərsən, amma futbolçu önəmlidir. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vurar, vəssalam.
- Gəncəli futbol veteranları sosial şəbəkələrdə sizə də müraciət ediblər...
- Orada xəstəlik tapmışam e. İlk dəfədir gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə dayanan məsələlərdir. “Kəpəz”də iki dəfə oynamışam, iki dəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılaması çox vacibdir. Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq.
- Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?
- Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdür. Uduzursan, oyun yoxdursa, çətindir. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. 22-23 yaşlı futbolçulardır çoxu. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdur. Buradan da çıxacağıq. "Neftşi", "Zirə", "Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadır.
- A milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiz? Samir Əliyev deyir ki, Premyer Liqa məşqçiləri gənc futbolçuları oynatmır...
- Düz deyir. Hamıya bu gün lazımdır. Premyer Liqa komandası oyunçu yetişdirmir. Hər bir məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvü var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. A milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Baş məşqçi bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. İsveç və Slovakiyanı niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündür? (sportal.az)
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə