"Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Milsi Premyer Liqasının 3-cü turunda bu gün "Neftçi"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 2:0 hesablı səfər qələbəsini belə şərh edib: "İlk saniyələrdən məqsədimiz 3 xal götürmək idi. Bir ay ərzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bizim mental cəhətdən də güclü olduğumuzu göstərir. Xoşbəxtəm ki, qapımızda qol görmədik. "Neftçi"yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədilər. "Neftçi" hücumda pis çıxış etdi. Bu, bizlik deyil, "Neftçi"likdir.
Renduliç "Ardıcıl məğlubiyyətlərdən sonra klub rəhbərliyinin sizə xəbərdarlığı olmuşdumu?" sualını belə cavablandırıb: "Rəhbərliklə demək olar ki, hər gün danışırıq. Nəticələr futbolda normaldır. Bəzən istədiyin kimi olmur. İki cəbhədə yarışmaq hər kəs üçün ağırdır. Amma bu gün oyunçularımın reaksiyası mükəmməl idi".
Renduliç "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu keçmək şansını da dəyərləndirib: "Osiyek"lə oyundan öncə Xorvatiya mətbuatına bildirmişdim ki, "Zirə" çox ciddi rəqibdir, onların keyfiyyəti var. "Zirə" göstərdi ki, mən haqlıydım. "Qarabağ" haqda da demişəm ki, çox yaxşı komandadır, hücumda istedadlı oyunçuları var. Bu, həqiqətdir. Avropada son illərdə mükəmməl nəticələr göstəriblər. "Qarabağ"la oyunlar "Dinamo" üçün çox ağır olacaq. Bizi iki çox maraqlı matçlar gözləyir".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”