Litva - Azərbaycan matçında hesab bərabərləşdi - Yenilənir

Litva - Azərbaycan matçında hesab bərabərləşdi - Yenilənir
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2026 / 17:15 2829
-  A +

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının  2026/27 mövsümündə ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litva ilə üz-üzə gəlir.

"Dariaus ir Gireno" stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Litva da Azərbaycan millisi kimi ötən mövsüm C Liqasında çıxış edib və qrupda sonuncu olaraq D Liqasına düşüb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxması fonunda bu, Litvanın 2-ci matçı olacaq. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.

Son açıqlanan FİFA reytinqində Azərbaycan 126-cı, Litva isə 149-cu pillədə qərarlaşıb.

Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.

27 sentyabr

UEFA Millətlər Liqası
D Liqası, 2-ci Qrup, 2-ci tur

17:00. Litva – Azərbaycan - 1:1 (Birinci hissə)

Qol: Kuçis, 9-pen. (1:0), Mahir Emreli, 14 (1:1)
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)
"Dariaus ir Gireno" stadionu (Kaunas)

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner