“Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşmalarından əvvəl ölkəsinin mətbuatına müsahibə verib.
QOL.az “Vecernji List” nəşrinə istinadən xəbər verir ki, o, əvvəlcə keçmiş komanda yoldaşı, “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviçin ondan “Qarabağ”la bağlı məlumat almadığını bildirib:
“Ancaq bu, o demək deyil ki, əlaqə saxlamayacaq. Düzü, "Qarabağ"ı yalnız onlarla matçımızdan əvvəl daha intensiv izləməyə və təhlil etməyə başlayıram. Onların hazırda ən böyük keyfiyyəti Avropada topladıqları zəngin təcrübədir. Komandanı dəyişməyiblər, yalnız qapıçı Andrey Lunyovu Moskva "Dinamo"suna buraxıblar. Əvəzində bizim Buntiçi (Xorvatiyalı Fabiyan Buntiçi nəzərdə tutur – red.) və polşalı Koxalskini gətiriblər”.
K. Renduliç "Qarabağ"ı çempionatda məğlub etmisiniz. Bunu necə bacarmısınız?” sualına belə cavab verib: "Qoritsa" və ya "Slaven Belupo" "Dinamo"ya qalib gəldiyi kimi. "Qarabağ" daxili liqanın dominant komandasıdır. Onlar "Bayer Leverkuzen"ə qarşı son saniyələrə qədər başabaş oynamaqla Avropada da öz gücünü nümayiş etdiriblər. Bütün mövqelərdə güclüdürlər, yaxşı əcnəbiləri var və bütün yaxşı azərbaycanlı futbolçular onların heyətində oynayırlar. Bu komanda hücumda son dərəcə güclüdür və çoxlu istedada malikdir. Daxili liqada qayda belədir ki, ilk "11-lik"də dörd azərbaycanlı oynamalıdır, Avropada isə öz legionerlərindən maksimum istifadə edirlər. Braziliyalı Juninyo çox yaxşı hücumçudur və istənilən komandanı sıradan çıxara bilər. Ötən mövsüm Leverkuzen təmsilçisini "öldürdü", hər iki oyunda qol vurdu!
"Qarabağ" topa sahib olmaq baxımından yaxşıdır, həqiqətən də, öldürücü hücum xətti var: Juninyo, əlcəzairli Benzia və fransalı Zubir. Adlarını qeyd etdiyim son iki futbolçu "cəhənnəm oyunçuları"dırlar. Topla güclü, gözlənilməzdirlər. "Qarabağ" ciddi komandadır və hörmətə layiqdir. "Dinamo" üçün çox çətin olacaq”.
Renduliç “Dinamo”nun yerli çempionatda 3 oyunda 3 qələbə qazanmasına da münasibət bildirib: "Dinamo" cəmi 3 oyun keçiribsə, Azərbaycan klubu 6 matça çıxıb. Üstəlik, 4-ü Çempionlar Liqası matçı olmaqla. "Qarabağ" ötən mövsümkü heyətini qoruyub, Xorvatiya çempionunda isə bir sıra yeni futbolçular var. Rəqib çempionat oyununu təxirə salıb və bütün fikrini "Dinamo"ya yönəldib. Mən hələ "Osiyek"ə xəbərdarlıq etmişdim ki, "Zirə"yə qarşı diqqətli olun, onlarla zarafat etməyin, bu ciddi komandadır. Azərbaycan çempionatı çox gərgin və dinamik liqadır, hansısa rəqibə asanlıqla qalib gələcəyinizi demək olmur. "Qarabağ"ın avrokubok matçlarında isə stadion həmişə doludur”.
"Sabah"ın baş məşqçisi Qurban Qurbanovun artıq 16 ildir “Qarabağ”ı çalışdırdığını vurğulayıb: “O, bütün səlahiyyətlərə malikdir. Futbolçuları özü seçir, söz sahibi odur. Heç kim işinə qarışmır”.
50 yaşlı mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsinfat mərhələsində “Ludoqorots”ə ilk oyunda 1:2 hesabı ilə məğlub olub, səfərdə 7:2 hesabı ilə qələbə qazanmasından da söz açıb: “İlk matçda uduzasalar da, dominantlıq edir və daha yaxşı oynayırdılar. Futbolda belə şeylər olur. Səfərdə vurduqları 7 qol? Hələ 4 dəfə də rəqibi cəzalandıra bilərdilər! "Qarabağ" topa sahib olmağı xoşlayır və yalnız hücum edir. Belədə arxa xətdə boşluqlar qaçılmazdır. Bu, komanda üçün böyük riskdir. Amma "Ludoqorets"in qapısından 7 top keçirdilər. "Dinamo" üçün ciddi xəbərdarlıq olmalıdır. Bir məsələ də var: "Qarabağ"ın itirəcəyi heçnə yoxdur. Komanda artıq Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Düzdür, "Dinamo" da, ancaq zaqreblilər mütləq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək mənasında hələ də təzyiq altındadırlar”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”