Türkiyə Superliqasının 3-cü turunda keçiriləcək 3 oyunun təxirə salınmasına qərar verilib.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası bəyanat yayıb.
Buna səbəb "Qalatasaray", "Trabzonspor" və "Başakşəhər"in avrokubokların pley-off mərhələsində mübarizə aparmasıdır. Beləliklə, “Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” oyunları təxirə salınıb. UEFA Avropa Liqasının pley-off yarışında çıxış edəcək "Beşiktaş"ın yerli liqada oyunu isə əvvəlcədən nəzərdə tutulan vaxtda keçiriləcək.
Qeyd edək ki, təxirə salınmış “Qalatasaray – “Qaziantep” matçı 24, 25, 26 sentyabr tarixlərindən birində, “Trabzonspor – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” matçları isə 17, 18 və ya 19 sentyabr tarixlərindən birində oynanılacaq.
Yekun təqvim daha sonra elan olunacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov