Rəşad Sadıqov məşqçi kimi karyerasında ilkə imza atıb.
QOL.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin çalışdırdığı klub ilk dəfə avrokuboklarda mərhələ adlayıb.
2020-ci ildən “Zirə”nin baş məşqçisi olan Sadıqovun ilk iki cəhdi uğursuz alınmışdı. Belə ki, onun rəhbərliyi altında ilk dəfə 2022-ci ildə qitə kuboklarına vəsiqə qazanan “Zirə” həmin vaxt UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Tel-Əviv “Makkabi”sinə uduzmuşdu (0:3; 0:0).
Cari mövsümdə isə “Zirə” daha əvvəl Avropa Liqasının ilk mərhələsində penaltilər seriyasında “Şerif”ə məğlub olsa da, Konfrans Liqasının ll təsnifat mərhələsində Slovakiyanın “DAK 1904” klubunu ümumi nəticədə 6:1 hesabı ilə üstələməyi bacarıb.
Bu qələbə sayəsində “Zirə” həm də tarixində ilk dəfə olaraq avrokuboklarda üçüncü mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, “Zirə” ilk dəfə 2017-18 mövsümündə avrokuboklarda çıxış edib. Həmin vaxt UEFA Avropa Liqasında Lüksemburq təmsilçisi “Differdanj”ı mübarizədən kənarlaşdıran (2:1; 2:0) “Zirə” ikinci mərhələdə Rumıniya “Astra”sına uduzmuşdu - 0:0; 1:3.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər