Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.
Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.
R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.
Bauer İslam dinini necə qəbul edib?
QOL.az-ın məlumatına görə, Bauerlə bağlı maraqlı məqam onun İslam dinini qəbul etməsidir. Futbolçu bu haqda ictimaiyyətə 2023-cü ilin senyabrında açıqlama verib.

Özü xristian ailəsində doğulan Bauer həyat yoldaşının ailəsi sayəsində İslam dinini qəbul edib. O, indiki həyat yoldaşı Roşi ilə Birləşmiş Ərəb Əmirlilərində tətil zamanı tanış olub. Roşinin atası Tanzaniyadandır, anası isə fars-türk mənşəlidir. Cütlüyün hazırda 4 övladı var.
“Mənə yazan hər kəsə müraciət edirəm. Mən həyat yoldaşımın və onun ailəsi sayəsində İslam dininə keçirəm” - deyə futbolçu İslamı qəbul edərkən özünün İnstaqram hesabında yazıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi