“Mərhələ adladığımız üçün şadam. Bu oyunda qalib gəlmək mənim üçün vacib idi. Avropa Liqası mühüm turnirdir və biz burada mübarizəni davam etdirmək istəyirdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Şerif”in üzvü Əyyub Allaş Avropa Liqasının birinci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Bakıda penaltilər seriyasında mərhələ adlayan Moldova klubuna bu yay transfer olunan sabiq “Qəbələ”li öz çıxışını belə dəyərləndirib: “Bilirdik ki, çətin matç olacaq. İlk görüşdə zəif oynamışdım. Çünki komandaya gec qoşulmuşam. İndi daha hazırlıqlıyam”.
Mərakeşli vinger Bakı klubunu yaxşı tanıdığını söyləyib: “Zirə”nin müdafiə xətti çox güclüdür. Bunu bilirdim. Çünki ötən mövsüm onlara qarşı 6 dəfə oynamışdım”.
Penaltilər seriyasında həlledici zərbənin müəllifi olan 26 yaşlı futbolçu təşvişə düşmədiyini qeyd edib: “Müəyyən qədər təzyiq var idi. Amma peşəkar futbolçuyam. Təvşivə düşmədim. Çünki bu, futboldur və hər an hər şey ola bilər. Böyük futbolçular da penaltini qaçıra bilər”.
Ə.Allaş yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Bakıda hər şey gözəldir. İnsanlar çox yaxşıdır. Hər kəsə minnətdaram. Məni burada çox yaxşı qarşıladılar. Təbii ki, azarkeşlər nəticəyə görə məyusdur. Onların adına üzülürəm. Amma bu, futboldur. “Zirə” də mərhələ adlamaq istəyirdi, mən də”.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər