İsrail - İrlandiya matçında diqqətçəkən etiraz - Video

İsrail - İrlandiya matçında diqqətçəkən etiraz - Video
VİDEO 28 Sentyabr 2026 / 09:33 346
-  A +

UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda diqqətçəkən hadisə baş verib.

QOL.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən matçdan əvvəl komandaların futbolçuları ənənəvi əl sıxma mərasimini keçirməyiblər. İrlandiya millisinin üzvləri İsrail himni səslənərkən isə başlarını aşağı salıb, həmçinin meydana qara sarğılarla çıxıblar. 

Buna səbəb Qəzzada baş verən hadisələrdir.

Bundan əvvəl İrlandiya millisində İsraillə oyunların boykot edilməsi məsələsi müzakirə olunub. Qapıçı Qevin Bazunu isə şəxsi mövqeyini əsas gətirərək İsraillə qarşılaşmalarda iştirak etməkdən imtina edib. 

Görüş İrlandiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner