"Azarkeşlərimizi evdə sevindirmək istəyirdik. Bu gün qismət oldu. Çətin oyun idi".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turunda bu gün "İmişli"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, Şamaxıda keçirilən və 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "İmişli" bu mövsüm hər kəsi təəccübləndirir. 1-ci Liqadan Premyer Liqaya çıxıb belə hər rəqibə qarşı müqavimət göstərmək, xal qazanmaq çempionatı daha da çətinləşdirir. Onlara da uğurlar arzulayıram. Bilirdik ki, bu 3 xal bizim üçün vacib idi. Həm turnir cədvəlində yerimizi möhkəmləndirdi, həm də rəqibdən 1 xal irəli keçdik".
A.Abbasov ən vacib qələbələrindən birini qazandıqlarını bildirib: "Birinci dövrə bitdi. 13 xal "Şamaxı" üçün yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu. Bu gün oyun intizamından qopmadıq. İkinci hissədə üstünlüyümüz oldu. Belə oyunlar olur. Belə matçlarda səbr edib nəticəni gözləmək vacibdir. Çempionatda ən vacib qələbələrdən birini qazandıq. Milli fasilədən səmərəli istifadə edib qışa qədər xal ehtiyatımızı artırmaq istəyirik".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı