Pley-off oyununda baş verən hadisələrlə bağlı qərarları açıqlandı

Pley-off oyununda baş verən hadisələrlə bağlı qərarları açıqlandı
XƏBƏR 7 İyun 2024 / 22:12 2004
-  A +

AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci Liqasının pley-off mərhələsinin “Hypers” – “Şəfa” cavab matçında baş verən hadisələrlə bağlı da qərarlar açıqlanıb.

Oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.


Son xəbərlər
topaz banner