Jerom Boatenqin yeni klubu açıqlandı

Jerom Boatenqin yeni klubu açıqlandı
DÜNYA FUTBOLU 1 İyun 2024 / 11:05 3033
-  A +

Almaniya millisinin sabiq üzvü Jerom Boatenqin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Avstriyanın LASK klubuna keçib. Bu barədə klubun rəsmi saytıı xəbər yayıb.

Boatenqlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Salernitana"da olan futbolçu "Herta”, “Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion" klublarında da çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner