Premyer Liqaya vəsiqə qazandılar, baş məşqçi ilə müqavilə uzadıldı

Premyer Liqaya vəsiqə qazandılar, baş məşqçi ilə müqavilə uzadıldı
DÜNYA FUTBOLU 30 May 2024 / 21:10 3978
-  A +

İngiltərə Premyer Liqasına vəsiqə qazanan "İpsviç" baş məşqçi Kiran Makkenna ilə müqaviləni yeniləyib.

QOL.az .klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, Kiran Makkenna 2021-ci ilin dekabr ayında "İpsviç"ə baş məşqçi təyin olunub.

“İpsviç” 22 il sonra Premyer Liqada mübarizə aparacaq. İpsviç şəhərinin eyniadlı təmsilçsisi sonuncu dəfə 2002-də ildə elitada çıxış edib.


Son xəbərlər
topaz banner