“Belə oyundan sonra danışmaq bir az çətin olur. 1 xal da bizim üçün çox önəmli idi. Çünki “Səbail”lə xal fərqini bir qədər də artırmaq istəyirdik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un qapıçısı Aydın Bayramov Misli Premyer Liqasının 35-ci turunda “Qarabağ”a 3:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, məğlubiyyətə konkret səbəb gətirməkdə çətinlik çəkib: “Oyunu analiz etmək lazımdır. İndi dəqiq bir söz söyləməkdə çətinlik çəkirəm. Bəlkə də axırıncı qolda hakim səhvi var idi, bəlkə də yox idi. Epizoda diqqətlə baxmaq lazımdır. Ola bilər konsentrasiya çatmadı. Yaxud sona qədər mübarizə aparmadıq”.
A.Bayramov “Qarabağ”ın meydana bəzi aparıcı futbolçuları olmadan çıxması fikrinə belə münasibət bildirib: “Qarabağ”da birinci-ikinci heyət anlayışı yoxdur. Xüsusən də Azərbaycan çempionatında. Hücum xəttində yer alan dördlüyə baxsanız, görəcəksiniz ki, bizə qarşı oynayan əsas heyət idi. Onlara qarşı oynamaq hər zaman çətindir. Düzdür, “Qarabağ”a 3 qol vurmaq da çətindir. 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”.
“Turan Tovuz”un qolkiperi cari mövsümü komandası üçün belə dəyərləndirib: “Turan Tovuz”un potensialı göz qabağındadır. Bu il çox mənasız xallar itirdik. Bəlkə də bu məqam daha da irəli getməyimizə mane oldu. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmasa da, sona qədər bunun üçün mübarizə apardıq”.
28 yaşlı qolkiper hələlik gələcək karyerası barədə hər hansı qərar qəbul etmədiyini vurğulayıb: “Növbəti mövsüm üçün dəqiq söz deməkdə çətinlik çəkirəm. Çünki müqaviləm mövsümün sonunda başa çatır. “Kəpəz”lə matçdan sonra baş məşqçi ilə, rəhbərliklə söhbət edəcəyik”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər