"Traktor" kubokla vidalaşdı

"Traktor" kubokla vidalaşdı
DÜNYA FUTBOLU 17 May 2024 / 00:01 1456
-  A +

İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. 

QOL.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu mərhələdə öz meydanında "Mes Rafsanjan"la qarşılaşıb. 

90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Cütün taleyi əlavə vaxtda həll olunub. 92-ci dəqiqədə qapısında qol görən Təbriz təmsilçisi 0:1 hesabı ilə uduzub.

Bununla da "Traktor" kubokda mübarizəni dayandırıb. 


Qarabağ FK
Son xəbərlər
topaz banner