Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib.
QOL.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov MDB-nin baş katibi Sergey Lebedevlə keçirdiyi mətbuat konfransında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Minskdə keçirilən iclasında iştirakçıların birgə bəyanatının mətnini oxuyub. Bəyanatda bildirilir ki, 2025-ci ildə Gəncə şəhərinin və 2026-cı ildə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan edilməsi barədə qərar qəbul olunub.
Həmçinin diplomatik idarələrin rəhbərləri və nümayəndələri jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin araşdırılması, məhkəmə sistemləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırması sahəsində MDB-nin əsas qurumları haqqında qərar qəbul ediblər. Habelə, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” adlı vahid yubiley medalının təsis edilməsi və MDB üzvü olan dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiya layihəsi barədə qərar qəbul olunub.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək