"Nottinqem Forest" apellyasiya şikayəti verdi

"Nottinqem Forest" apellyasiya şikayəti verdi
DÜNYA FUTBOLU 26 Mart 2024 / 13:36 934
-  A +

"Nottinqem Forest" İngiltərə Premyer Liqasında komandanın 4 xalı kəsmək qərarına qarşı apellyasiya şikayəti verib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Martın 18-də klubun liqanın maliyyə qaydalarını pozduğuna görə cəzalandırıldığı bildirilib. "Nottinqem Forest" öz günahsızlığını sübut etməyə və sanksiyaları qaldırmağa ümid edir.

Cəza tətbiq olunana qədər "Nottinqem Forest" 2023/24 İngiltərə çempionatının turnir cədvəlində 29 matçdan 25 xalla 17-ci yerdə idi. Sanksiyalardan sonra klub 21 xalla 18-ci pilləyə düşüb.


Son xəbərlər