Azərbaycan gimnastı Paris-2024-ə lisenziya qazandı

Azərbaycan gimnastı Paris-2024-ə lisenziya qazandı
XƏBƏR 25 Mart 2024 / 13:28 1020
-  A +

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

QOL.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.

Beləliklə, gimnastika yığmamızın Paris 2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner