Əfsanələrin oyununda "Portu" qələbə qazandı

Əfsanələrin oyununda "Portu" qələbə qazandı
XƏBƏR 24 Mart 2024 / 00:28 4983
-  A +

"Real" və "Portu" klublarının əfsanəvi futbolçuları arasında xeyriyyə matçı keçirilib.

QOL.az xəbər verir ki, görüş "Santyaqo Bernabeu" stadionunda oynanılıb. Matçda "Portu" 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 8-ci dəqiqədə Marek Çex vurub.

Görüşdə hər iki komandanın ulduzları iştirak ediblər. "Real"ın heyətində Zinəddin Zidan, Raul Qonsales, Roberto Karlos, Luiş Fiqu və Stiv Makmanaman, "Portu"da isə İker Kasilyas, Bruno Alveş, Rikardo Kuarejma kimi sabiq futbolçular çıxış edib.

Qeyd edək ki, oyundan əldə olunan gəlir ALS (yan amiotrofik skleroz) xəstələrinin müalicəsinə və "Real" fondunun layihələrinə yönəldiləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner