"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin nümayəndələri futbolçunun intihar etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
QOL.az "TNT Sports"a istinadən xəbər verir ki, nümayəndələr bildirib: "Dani Alveşin mətbuat nümayəndələri oyunçunun vəkili ilə əlaqə saxladıqdan sonra son şayiələri təkzib etdi".
Xatırladaq ki, ötən ilin yanvarında Alveş Barselonadakı "Sutton" gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəməyə məhkum edilib. Eyni zamanda, İspaniya prokurorluğu Alveşin 4,5 ildən artıq müddətə həbs olunmalı olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırırdı.
Qeyd edək ki, Dani Alveşin həbsxanada intihar etdiyi barədə iddialar yayılmışdı.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu