Gökhan Töre klubsuz qaldı

Gökhan Töre klubsuz qaldı
DÜNYA FUTBOLU 8 Mart 2024 / 15:15 2577
-  A +

Türkiyənin "Konyaspor" klubu futbolçusu Gökhan Töre ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayından "Konyaspor"da çıxış edən Türkiyə millisinin sabiq üzvü "ağ-yaşıllar"ın heyətində cəmi 3 oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər