“Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 top keçirdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Bayer”ə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edərkən deyib.
O, fasilədən sonra yalnız hesabı qorumaq barədə düşünmədiklərini bildirib: “İkinci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüflər olsun ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik”.
Bayramov 2:2-nin yaxşı nəticə olduğunu da vurğulayıb: “Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik”.
23 yaşlı futbolçu hansısa komponentdə rəqibdən geri qalmadıqlarını qeyd edib: “Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də”.
“Qarabağ”ın müdafiəçisi cavab görüşündən də söz açıb: “Düzdür, ilk növbədə çempionat oyunu düşünməliyik. Yalnız “Zirə” ilə görüşdən sonra “Bayer”lə cavab matçına hazırlaşacağıq. Çalışacağıq ki, bu oyunun ardını səfərdə gətirək. Azarkeşləri yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu