“Gözəl oyun oldu, yaxşı nəticə qazandıq. Bilirsiniz, 70-ci dəqiqəyədək “Bayer”ə qarşı 2:0 hesabı ilə öndə olmaq Avropada rekord qırmaqdır. Çünki bilirsiniz ki, “Bayer” bu gün Avropanın ən güclü klubudur”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 1/8 finalının Bakıdakı ilk oyununda “Bayer”lə heç-heçə etməkləri (2:2) barədə danışarkən söyləyib. O, bu tarixi nəticəni belə şərh edib: “Qarşımızdakı “Mançester Siti”ni, “Barselona”nı geridə qoymuş möhtəşəm bir klub vardı. Bir tarix yaşadıq. Mən yenə də möhtəşəm nailiyyət qazanan Qurban Qurbanova, meydana canını qoyan futbolçularıma, əzmkar azarkeşlərə və xalqıma çox təşəkkür edirəm. Cənab Prezident bizimlə görüşəndə demişdi ki, mən sizi qalib hesab edirəm. Bu qələbənin bünövrəsi o zaman atıldı. Mən çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq hər kəs bilir ki, “Qarabağ” Azərbaycandır. Biz buna layiqik. Bizi heç kim susdura bilməz. Biz davam edəcəyik. Mən bir çıxış etmişdim. Demişdim ki, “Qarabağ” Avropaya süpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün o sürprizi etdik. Tam istədiyimiz alınmasa da, mən hər iki komandanı təbrik edirəm. Möhtəşəm bir oyun idi.
T.Gözəl 1 həftə sonra səfərdə keçirəcəkləri cavab oyunu haqqında da fikirlərini bölüşüb: Mən futbolçularla görüşdüm. Orada qarşılaşdığım atmosfer, onların inamı möhtəşəm idi. Futbolda hər şey olur. Amma Leverkuzenə çox əzmkar bir “Qarabağ” gedəcək. Buna heç kimin şübhəsi olmasın. Almaniyadakı bütün azərbaycanlıları - əli-ayağı tutan hər kəsi stadionda gözləyəcəyəm”.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video