"Vilyarreal"ın baş məşqçisi Marselino Qarsiya Toral Avropa Liqasının 1/8 final mərhələsinin "Marsel"lə səfər oyunu zamanı təhlükəsizliklə təmin olunacaq.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, İspaniya klubunun narahatlığı 58 yaşlı mütəxəssisin bu mövsümün əvvəlində “Marsel”ə rəhbərlik etməsi və azarkeşlərlə münasibətlərə görə komandanı tərk etmək məcburiyyətində qalmasından qaynaqlanır. Marselino "Marsel"də azarkeşlərin klubdaxili qərarlara təsir göstərməyə çalışmasından şikayətlənib. Mətbuatın yazdığına görə, məşqçi hətta hədələr də alıb.
“Vilyarreal” Marselinonu müşayiət etmək üçün mühafizəçilər tutmaq qərarına gəlib. Bundan başqa, İspaniya polisinin nümayəndələri komandanı səfər oyununa qədər müşayiət edəcək.
Qeyd edək ki, bu gün keçiriləcək "Marsel" - "Vilyarreal" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu