“Sabah”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində yüngül zədəsi olan Aksel Nqando və Orxan Əliyev iştirak etməyib. Onların “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.
Orxan Əliyev bu mövsüm Misli Premyer Liqasında 9 qol vuraraq bombardirlər arasında yer alıb. O, komandasının ən sərrast oyunçusudur. Fransalı yarımmüdafiəçi Nqando isə bu mövsüm Naxçvan təmsilçisində 16 oyuna 3 qol vurub, 3 qol ötürməsi edib.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 15:30-da start götürəcək.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı