Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 25-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə”nin futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.
“Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib. Matçın 63-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 1000 manat cərimə edilib. Oyundan əvvəl “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 1000 manat cərimə edilib.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı